Ən yaxşı qapıçı adına namizədlər bilindi

2020-ci ilin ən yaxşı qapıçısı adına namizədlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, ən yaxşı qolkiper adına Alisson Bekker (“Liverpul”, Braziliya), Tibo Kurtua (“Real”, Belçika), Keylor Navas (PSJ, Kosta Rika), Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko, Sloveniya), Mark-Andre Ter Ştegen (“Barselona, Almaniya) namizəd göstərilib.

Mükafatın qalibi dekabrın 17-də, onlayn tədbirdə açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button