
Ən yaxşı idmançı – Messi!
2023-cü ildə idman performansı üzrə Mükəmməllik İllik Mükafatının (ESPY) qalibi məlum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, namizədlər arasında basketbolçu Nikola Jokiç, beyzbolçu Aaron Cuç, ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi və “Kansas”ın oyunçusu Patrik Mahomes yer alıb.
Nəticədə, Argentina milli komandasının heyətində DÇ-2022-nin qalibi olan Messi mükafata sahib çıxıb və ən yaxşı atlet adına yiyələnib.
Xatırladaq ki, o, iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin