“Ən vacibi “Qarabağ”la oyuna hazır olmaqdır”

Çempionlar Liqasında oynamaq imkanı mənim üçün əla fürsətdir. Qısa vaxt ərzində çox oyun keçirəcəyik. Ən vacibi, iyulun 5-də “Qarabağ”la oynayacağımız matça hazır olmaqdır”.

Komanda.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Lex”in (Polşa) baş məşqçisi Con van den Brom deyib.

Niderlandlı mütəxəssis bildirib ki, ÇL-də mübarizə aparan komandaya rəhbərlik etmək onun üçün əla imkandır:

“Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Vacib oyunlara hazırlaşmaq üçün vaxtımız var”.

“Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button