“Arsenal”a keçəcək – Ən qısa zamanda

“Arsenal” və “Vest Hem” yarımmüdafiəçi Deklan Raysın transfer şərtlərini müzakirə edirlər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, tərəflər keçidin baş tutması üçün razılığa gəlməyə yaxındırlar. “Topçular”ın bonuslar da daxil olmaqla ingiltərəli futbolçu üçün 115 milyon avrodan çox ödəyəcəyi gözlənilir.

Rays üçün “Vest Hem”ə rəsmi təklif göndərilməsə də, klublar danışıqları davam etdirir. Bildirilir ki, ən qısa zamanda müqavilə imzalanacaq.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasını qazanmaq uğrunda mübarizədə Deklanın komandaya kömək edəcəyinə inanır. Qranit Cakanın Almaniya “Bayer”inə (Leverkuzen) keçməsi Raysın əsas heyət futbolçusu olmaq şanslarını artırır.

Rays 2022/23 mövsümündə “çəkicdöyənlər”in heyətində bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

“Vest Hem” Avropa Konfrans Liqasının son finalında “Fiorentina”nı məğlub edib (2:1). Komanda 58 ildən sonra ilk dəfə avrokubokların final görüşündə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button