Ən çox oyun keçirən futbolçusu ilə müqaviləni uzatdı – “Sumqayıt”
“Sumqayıt” klubu kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda Sumqayıt şəhərinin eyniadlı təmsilçisində debüt edən təcrübəli müdafiəçi, ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin