“Ən böyük problemimiz rəqiblərimizin güclənməsidi” – Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, doğma meydanda 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

– Üzgünük. Azarkeşlərimiz qarşısında məğlub olduq. Onları sevindirmək istəyirdik. İki fərqli hissə oldu. İlk hissədə bəzi oyunçular oyuna daxi ola bilməmişdi. İkinci hissə üçün bəzi dəyişikliklər etdik. Üstünlük bizdə olsa da, qol vura bilmədik. Neçə oyundu ki, qol vurmaqda çətinlik çəkirik. Bu vəziyyətdən çıxmalıyıq. Daha da yaxşı hazırlaşmalıyıq. Təslim olmaq olmaz. Səvhlərin üzərində çalışmalıyıq.

– 30 yaşlı Elvin Məmmədov nə qədər çalışmalıdı ki, daha yaxşı olsun?
– Çalışmaq yaşa baxmır. Elvin ilk dəfə idi əsas heyətdə meydana çıxırdı. İkinci hissədə Elvin göstərdi ki, artırıb daha yaxşı ola bilər.

– “Sunqayıt”ın AFFA tərəfindən mailliyyələşdirilməsi, xüsusi qaydaların olmasını nəzərə alsaq, bu komandada çalışmaq çoxmu çətindi?
– Mən “Sumqayıt”la müqavilə imzalamışam. Klubun prezidenti, sponsoru var. AFFA-nın tələbi ilə gəlməmişəm. Kluba aid qaydalar var. Çətinlik yoxdu.

– Ötən oyundan sonra klub rəhbərliyi ilə danışacağınızı demişdiz. Bu gün heyətdə 5 dəyişiklik etməyinizin bu danışıqlarla bağlılığı varmı?
– Üç oyun məğlub olmuşuqsa, deməli nələrisə dəyişmək lazımdı. Bu gün bəzi futbolçulara şans verdim. Çünki məşqlərdə özlərini yaxşı tərəflərdən göstərirdilər.

– Aleksey İsayevi hücumda oynatmağınıza səbəb nə idi?
– Peyman Babayi zədədən qayıdıb. İki gün məşq edib. 45 dəqiqə oynatmağı da risk etdim. Digər tərəfdən, bəli, bəzi futbolçuların oyunu bizi qane etmir.

– Düşdüyünüz vəziyyətdən çıxış yolunuz varmı?
– Ən böyük problemimiz rəqib komandaların güclənməsidi. Ancaq bizim elə imkanlarımız yoxdu.

– “Zirə” ilə Avroliqaya getmişdiz. Hazırda “Sumqayıt”da bu cür nəticələrdən sonra düşünmürsüzmü ki, imicinizə zərər gəlir?
– Bura gələndə bunları nəzərə almışam. Təzə məşqçiliyə başlamışam. İmic deyə bir şey yoxdu. Pis nəticə qazansam, deməli, səhv məndədi. Mən təslim olsam, komanda pis vəziyyətdə qalar. Çalışacağıq. İnanıram, ancaq çox çətin olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button