Əmisi oğlunu bıçaqlayan futbolçu həbs edilib

Rusiyanın “Spartak” klubunun futbolçusu Kvinsi Promes həbs olunub.

Komanda.az AD nəşrinə istinadən xəbər verir ki, bu barədə Amsterdam məhkəməsi qərar çıxarıb.

31 yaşlı yarımmüdafiəçi 2020-ci ildə, “Ayaks”da çıxış edərkən əmisi oğlunu bıçaqladığı üçün 1,5 il həbsdə qalmalı olacaq.

Prokurorluq niderlandlı oyunçunun iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə onu digər məsələlərlə yanaşı, heç bir iclasa qatılmamaqda da ittiham edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button