“Əminəm ki, o, “Barselona”da oynadığı mövqedən narazıdır”
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın “Barselona”da çıxış edən üzvü Antuan Qrizmannla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis, Qrizmannın Kataloniya klubundakı vəziyyətindən razı olmadığını bildirib:
“Qrizmannla tez-tez danışıram. Əminəm ki, o, “Barselona”da oynadığı mövqedən narazıdır. Futbolçuların klub məsələlərinə qarışmıram. O, hazırda sağ cinahda çıxış edir. Antuanın niyə mərkəzdə çıxış etmədiyini anlamırıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin