Əliyevli “Arsenal”dan yeni mövsümdə ilk xal itkisi

Futbol üzrə Rusiya Birinci Liqasında 3-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tolyatti “Akron”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Əliyev də bu matçın iştirakçısı olub. O 46-cı dəqiqədə meydana buraxılıb.

İlk xal itkisi ilə üzləşən “Arsenal” 3 turdan sonra 7 xalla zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button