Əliyevli “Arsenal” səfərdən 1 xalla döndü
Futbol üzrə Rusiya Birinci Liqasında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Akron”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.
“Arsenal” 19 turdan sonra 32 xalla 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin