Əliyevin komandasından inamlı qələbə

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Vladiqafqaz “Alaniya”sı ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana buraxılıb.

“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşdə forma geyinib. Start heyətdə meydana çıxan futbolçu 9-cu dəqiqədə penaltidən yararlana bilməyib, 17-ci dəqiqədə isə əvəzlənib.

“SKA-Xabarovsk” 28 turdan sonra 45 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button