
Əliyevin komandası yenə xal itirdi
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Çertanovo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Kamran bu görüşün iştirakçısı olmayıb. Ötən oyunda qırmızı vərəqə alaraq meydandan qovulan azərbaycanlı futbolçu bu matçı buraxmaq məcburiyyətində qalıb.
“Ximki” 6 turdan sonra 14 xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin