Əliyevin komandası Premyer Liqaya yüksəldi
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Rusiya Milli Futbol Liqasında (FNL) 2019/20 mövsümü ləğv olunub.
Komanda.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
27 turdan sonra turnir cədvəlində 1-2-ci yerləri bölüşdürən “Rotor” və “Ximki” klubları Premyer Liqaya yüksəliblər.
Qeyd edək ki, “Simurq”un sabiq baş məşqçisi Sergey Yuranın rəhbərlik etdiyi “Ximki”də azərbaycanlı futbolçu Kamran Əliyev də çıxış edir. 22 yaşlı hücumçu 2018-ci ildə Azərbaycanın U-20 millisinə dəvət alıb və Makedoniya yığması ilə “Dalğa Arena”dakı yoldaşlıq oyununda (1:1) qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin