Əliyevin komandası qələbə qazandı, 3-cü pilləyə yüksəldi
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 36-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tomsk”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, 52-ci dəqiqədə sarı vərəqə alıb, bundan 10 dəqiqə sonra isə əvəzlənib.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O da bu görüşə start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
“SKA-Xabarovsk” 36 turdan sonra 62 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin