Əliyevin komandası da Premyer Liqada qaldı
Futbol üzrə Rusiya Premyer Liqasında mövsümü 16 komanda arasında 14-cü pillədə başa vuran “Ufa” klubu elitada qalmaq uğrunda cavab pley-off matçına çıxıb.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi sözügedən komanda səfərdə 1-ci liqanı 3-cü pillədə başa vurmuş “Tom”la üz-üzə gəlib.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Amma doğma meydandakı ilk oyunda 2 cavabsız qolla qalib gəlmiş “Ufa” elitadakı yerini qoruyub.
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin