Əliyevin komandası “Arsenal”a qalib gəldi
Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Tula “Arsenal”ı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
18 turdan sonra 22 xalı olan “Ximki” 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin