Əliyev meydana çıxdı, komandası uduzdu
Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Azər də bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.
“Ufa” hazırda 16 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin