Əliyev yeni mövsümün ilk matçında 90 dəqiqə oynadı
Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Krasnodar”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin