Əliyev “Ufa”nı xilas edə bilmədi
Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Orenburq”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Azər də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Turqayın adı isə qarşılşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Ufa” 8 turdan sonra 10 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin