65 dəqiqə və 3 xal
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Çayka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
“Ximki” 13 turdan sonra 30 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin