Əliyev “Rubin”lə oyunda ehtiyatda qaldı
Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rubin”lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər və Turqay bu görüşün iştirakçısı olmayıb. Azər oyunu ehtiyat oyunçular skamyasından izləyib, Turqay isə görüşün heyətinə daxil edilməyib.
“Ufa” 11 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin