
Əliyev qovuldu, “Ximki” ilk xal itkisi ilə üzləşdi
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 5-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Volqoqrad “Rotor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Kamran da bu görüşün iştirakçısı olub. Əvvəlki turlarda start heyətdə meydana çıxan futbolçumuz bu dəfə 49-cu dəqiqədə meydana buraxılıb.
Komandasının ilk dəfə xal itirdiyi qarşılaşma Əliyev üçün də uğursuz alınıb. O, 66 və 79-cu dəqiqələrdə aldığı iki sarı vərəqə səbəbindən meydandan qovulub.
“Ximki” 5 turdan sonra 13 xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin