
Əliyev oynadı, komandası vahid liderə çevrildi
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 4-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Yenisey”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.
“Ximki” dörd turdan sonra maksimum göstərici – 12 xalla 20 kollektiv arasında vahid liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin