Əliyar Ağayevdən Millətlər Liqası matçında 5 “sarı”
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edib.
Komanda.az xəbər verir ki, o, San Marino və Malta yığmaları arasında keçirilən oyunda iş başında olub.
Maltanın 2:0 qələbəsilə başa çatan görüşdə Ağayev 5 dəfə əlini cibinə atıb. Belə ki, o, Maltadan 3, San Marinodan 2 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin