
Əliyar Ağayev Yunanıstanda iki oyuna təyinat aldı
FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi “Atromitos” – AEL (Larissa) qarşılaşmasını idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Əliyar Ağayev ertəsi gün keçiriləcək “Volos” – “Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin