Əliyar Ağayev “Olimpiakos”un oyununa təyinat aldı

FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, “Olimpiakos” və AEK komandaları arasında çempionluq qrupunun 3-cü tur matçında ədaləti qoruyacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bu qarşılaşmanın aprelin 3-də keçiriləcəyi diqqətə çatdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button