Əliyar Ağayev Millətlər Liqasının oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının 2-ci tur oyununu idarə edəcək. Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
İyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin