Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, 35 yaşlı baş hakim Rumıniyada “Styaua” və Slovakiyanın “Dunayska Streda” komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Xatırladaq ki, avqustun 11-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Bu komandalar arasındakı ilk matçda “Styaua” 1:0 hesablı səfər qələbəsinə sevinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin