
Əliyar Ağayev İngiltərə millisinin oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayev U-21 yığmaların Avropa çempionatında növbəti təyinatını alıb.
Komanda.az xəbər verir ki, Ağayev C qrupunun sonuncu turunun İngiltərə – Almaniya matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək olacaq.
Oyun iyunun 28-də “Batumi Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin