
Əliyar Ağayev Fransa klubunun oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasında növbəti dəfə təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin