
Əliyar Ağayev Bolqarıstan millisinin oyununu idarə edəcək
Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
Komanda.az xəbər verir ki, 36 yaşlı referi AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.
Ağayev G qrupunun Bolqarıstan – Monteneqro matçını idarə edəcək. Ona həmin oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.
Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.
Bolqarıstan – Monteneqro matçı martın 24-də, “Ludoqorets Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin