
Əliyar Ağayev Avropa çempionatının oyunlarını idarə edəcək
FİFA referisi Əliyar Ağayev və köməkçi hakimlər Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, onlar 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcəklər.
Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi U-21 Avropa çempionatının final mərhələsi 21 iyun-9 iyul tarixləri arasında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin