Əliyar Ağayevə Yunanıstandan növbəti dəvət

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının oyununa təyinat alıb.

Komanda.az Yunanıstan Super Liqasının saytına istinadən xəbər verir ki, o, ölkə çempionatının 33-cü turunda keçiriləcək PAOK – “Aris” matçını idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Aprelin 30-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button