Əli oynamadı, “Dauqavpils” darmadağın oldu
Futbol üzrə Latviya çempionatında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Əli Şirinov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riqa” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Azərbaycanlı futbolçulardan heç biri bu oyunun iştirakçısı olmayıb. Əli sonadək ehtiyatda qalıb. Turalın adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
“Dauqavpils” hazırda 21 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin