Əlcəzairlə Madaqaskar da 1/4 finalda

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, üçüncü oyun günündə daha iki görüş baş tutub.

Öncə Madaqaskar və Konqo yığmaları qarşılaşıb. Dörd qolun qeydə alındığı matçın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Madaqaskar millisi tarixində ilk dəfə qatıldığı qitə birinciliyində 1/4 finala vəsiqə qazanıb.

Günün digər oyunu Əlcəzair və Qvineya yığmaları arasında baş tutub. Rəqibini darmadağınla məğlub edən əlcəzairlilər də növbəti mərhələyə yüksəliblər.

Afrika Millətlər Kuboku, 1/8 final

5 iyul

Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol
: En-Nesiri, 76 – Adilehu, 53.

Uqanda – Seneqal 0:1
Qol
: Mane, 15.

6 iyul

Nigeriya – Kamerun 3:2
Qol
: İqalo, 19; 63. İvobi, 66 – Bahoken, 41. Njie, 44.

Misir – CAR 0:1
Qol
: Lorç, 85.

7 iyul

Madaqaskar – Konqo 2:2 (penaltilər 4:1)
Qol
: Amada, 9. Andriatsima, 77 – Bakambu, 21. Mbemba, 90.

Əlcəzair – Qvineya 3:0
Qol
: Belaili, 24. Mahrez, 57. Ounas, 82.

8 iyul

20:00. Mali – Fil Dişi Sahili
23:00. Qana – Tunis

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button