PSJ-nin prezidenti məşqi izlədi, Mbappeyə mesaj verdi
PSJ-nin sahibi Nasser Əl-Xələfi komandanın məşqində iştirak edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Paris klubunun prezidenti Luis Enrikenin rəhbərlik etdiyi komandanın yay hazırlıq dövründəki ilk məşqinə qatılıb. Əl-Xələfi futbolçularla danışıb və onlara “heç kim klubdan üstün deyil” deyib. O, həmçinin xatırladıb ki, yeni məşq mərkəzi futbolçuların zəif çıxışına bəhanə ola bilməz.
Klub rəhbəri komandaya yeni gələn altı futbolçu ilə (Milan Skriniar, Marko Asensio, Manuel Uqarte, Lukas Hernandes, Li Kanq İn və Şer Ndur) fərdi şəkildə danışıb və onları salamlayıb.
PSJ hücumçu Kilian Mbappe ilə bağlı məsələni həll etməyə çalışır. Klubun fransalı hücumçu ilə bağlı fikri dəyişməyib: o, ya müqaviləni uzadacaq, ya da satılacaq. Əl-Xələfi “heç kim klubdan üstün deyil” deyərkən də, çox güman, Mbappeni nəzərdə tutub.
Bizi Facebook-da izləyin