Ronaldonun klubu gözünü Hakimə dikib

Mərakeşli futbolçu Hakim Ziyex karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, “Əl-Nəsr” İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisini transfer etməyi hədəfləyib.

30 yaşlı futbolçunun “zadəganlar”la hazırkı müqaviləsi 2025-ci ilin 30 iyuluna qədərdir.

O, 2022/23 mövsümündə London klubunun heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.

“Əl-Nəsr”də portuqaliyalı hücumçu Kriştiano Ronaldo da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button