Səudiyyə Ərəbistanı klubu tezliklə onun transferini açıqlayacaq

“Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson “Əl-İttifaq”a keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə isitnadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 33 yaşlı ingilis futbolçunun transferini yaxın vaxtlarda açıqlayacaq. Yarımmüdafiəçi ilə müqavilə 3 illik olacaq. Futbolçunun həftəlik 800 min avro maaş alacağı bildirilir.

İyulun əvvəlində “Liverpul”un keçmiş kapitanı Stiven Cerrard “Əl-İttifaq”ın “sükanı arxasına” keçib.

Henderson 2011-ci ildən “Liverpul”da çıxış edir. O, 2022/23 mövsümündə bütün yarışlarda 43 oyuna çıxıb, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button