“Əl-Hilal” serbiyalı üçün yenidən təklif göndərəcək

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal “Fulhem”in hücumçusu Aleksandar Mitroviç üçün yenidən təklif göndərəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə klubu serbiyalı hücumçu üçün “Fulhem”ə 40 milyon avro təklif etməyə hazırdır.

Mitroviç özü də “Əl-Hilal”a keçməkdə israrlıdır. Daha əvvəl məlum olmuşdu ki, hücumçu klubla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

“Fulhem”in serbiyalı forvard üçün göndərilən 35 milyon avroluq təklifi rədd etdiyi bildirilirdi. Premyer Liqa təmsilçisi Mitroviçi satmaq istəmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button