“Əl-Əyn” – Bəhlul Mustafazadə – “Qarabağ”
“Sabah”dan ayrılıb Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna keçmək istəyən Bəhlul Mustafazadənin transferinin baş tutmadığını xəbər vermişdik. Ərəblər son anda Azərbaycan millisinin müdafiəçisi ilə rəsmi müqavilə imzalamaqdan imtina ediblər. “Sabah” klubu “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA məhkəməsinə müraciət etməyə hazırlaşır. “Ə-Əyn”ə keçidi alınmayan Bəhlul isə artıq azad agent statusundadır. Yəni istənilən klubla danışıq apara bilər.
Komanda.az-ın əldə etdiyi məlumata görə, Mustafazadənin UEFA Konfrans Liqasında çıxış edən “Qarabağ”a keçmək ehtimalı var. Daha doğrusu, müdafiə xəttində problemləri olan “köhlən atlar” Bəhlulun transferi üçün danışığa başlayıb. Futbolçu özü karyerasını daha çox xaricdə davam etdirmək istəsə də, “Əl-Əyn”ə baş tutmayan keçiddən sonra onun çox da seçiminin olmadığı dəqiqdir. Yəni indiki məqamda “Qarabağ” üçün Bəhlul, Bəhlul üçün isə “Qarabağ” ən uyğun variantdır.
Bizi Facebook-da izləyin