“Əl-Əhli”nin yeni baş məşqçisi bəlli oldu

Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən klub bu posta Mattias Yayslenin gətirildiyini açıqlayıb.

35 yaşlı mütəxəssislə 3 illik (2026-cı il iyunun sonuna qədər) müqavilə imzalanıb.

Yayslenin sonuncu iş yeri “Zalsburq” olub. Onun rəhbərliyi altında Avstriya klubu iki dəfə ölkə çempionu olub, həm də ölkə kubokunu qazanıb.

Xatırladaq ki, bu yay transfer pəncərəsində “Əl-Əhli” Riyad Mahrez, Roberto Firmino və Eduard Mendi kimi futbolçularla heyətini gücləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button