Ələskərovun komandası azarkeş hücumuna məruz qaldı
Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubunun azarkeşləri futbolçulara hücum ediblər.
Komanda.az xəbər verir ki, Bursa təmsilçisi 37-ci turda ötən gün səfərdə “Bandırmaspor”a 2:4 hesabı ilə uduzduqdan sonra fanatlar klubun avtobusun önünə yığışıb.
“Bursaspor”un aşağı liqaya düşməsindən qəzəblənən azarkeşlər futbolçular haqda təhqiredici şüarlar səsləndiriblər. Komandanın kapitanı Burak Altıparmak avtobusdan düşərək azarkeşlərlə danışmaq istəyib. Bu zaman azarkeşlərdən biri onun boğazından tutub və futbolçuya şillə vurub.
Klubun bazası önündə də 100-ə yaxın azarkeş yığılaraq etirazını bildirib.
“Bursaspor” 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib.
Bizi Facebook-da izləyin