Ələskərovlu “Bursaspor” yenə məğlubuyyətə üzüldü
Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Namik də bu görüşün iştirakçısı olub. O, 59-cu dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 79-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Bursaspor” 19 turdan sonra 19 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin