Ələskərovlu “Bursaspor” səfərdən xalsız döndü

Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

“Bursaspor” 26 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button