Ələskərovlu “Bursaspor” səfərdən 1 xalla döndü
Futbol üzrə Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Mənəmənspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
“Bursaspor” 19 turdan sonra 19 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin