Ələskərovdan “Bursaspor”da iki məhsuldar ötürmə

Futbol üzrə Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Namik də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb. Azərbaycan yığmasının üzvü komandasının 84 və 90+6-cı dəqiqələrdə vurduğu qollarda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Bursaspor” 5 turdan sonra 4 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button