“Əks-hücumda oynamağın bəhrəsini gördük” – Yaşar Vahabzadə
“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyunun əvvəlində uşaqlarda həyəcan var idi. İkinci hissədə meydanda fərqli komanda gördük. Oyunumuzu əks-hücumlar üzərində qurduq və bunun bəhrəsini gördük.
- Oyundan əvvəl desəydilər ki, turu keçəcəksiz, inanardız?
- Kubok oyunlarında sürprizlər olur. Çalışırıq ki, hər oyun yaxşı nəticə qazanaq. Uşaqlar bu gün yaxşı oyun sərgilədi və qələbə qazandıq.
- Növbəti oyunda rəqibiniz “Keşlə” olacaq. Bu oyun haqda fikirləriniz nədir?
- Rəqib yenə Premyer Liqa klubudur. Yaxşı hazırlaşıb, yaxşı oyun göstərmək istəyirik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin