Ronaldinyonun ağır günləri: Ölkədən çıxışına qadağa qoyuldu

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo çətin günlər yaşayır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçu, bir müddətdir ödəyə bilmədiyi borclarına görə problemlər yaşamağa başlayıb. Futbolçunun bir neçə əmlakının fəaliyyətini məhdudlaşdıran Braziliya məhkəməsi, son olaraq onun ölkədən çıxışına da qadağa qoyub. 39 yaşlı sabiq futbolçunun 57 daşınmaz obyektinin fəaliyyəti dondurulub.

Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button