
“Sabah”ın planında dəyişiklik
“Sabah”ın yay hazırlıq planında dəyişiklik edilib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 16-da yox, 23-də yollanacaq. Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, “Sabah” növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda olacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin