“Qarabağ”ın “Pyast”la matçının vaxtı açıqlandı


Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın üçüncü yoxlama matçının vaxtı açıqlanıb.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, yanvarın 23-də  Polşanın “Pyast” klubuna qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

“Qarabağ” ilk yoxlama oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzub.”Köhlən atlar” ikinci matçında Çexiyanın “Bohemians” klubuna 3:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button